Bank Of Baku

«AzSığorta» şirkəti son bir ildə daxilolmalarını 3 dəfə artırıb

«AzSığorta» şirkəti son bir ildə daxilolmalarını 3 dəfə artırıb
# 06 mart 2009 09:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AzSığorta» şirkətinin 2009-cu ilin yanvar ayı ərzində topladığı sığorta haqlarının həcmi 1,638 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 dəfə çoxdur.
Şirkətin İdarə Heyətinin sədr müavini Xəyal Məmmədxanlının «APA-Economics»ə verdiyi məlumata görə, yanvar ayı ərzində şirkətin sığorta riskləri üzrə ödənişləri 50,3% artaraq 296,4 min manata çatıb.
X.Məmmədxanlı bildirib ki, daxilolmaların strukturunda ən çox yığım «Hava nəqliyyatı vasitələrinin sığortası» növü üzrə müşahidə olunub. Belə ki, ilin ilk ayında bu sığorta növü üzrə daxilolmaların həcmi 880 min manat təşkil edib. Ödənişlərin əsasını isə «Yanğından sığorta» və «Kasko sığortası» növləri təşkil edib.
Xatırladaq ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayında fəaliyyətə başlayıb. Şirkətin 2008-ci ildə topladığı sığorta haqlarının həcmi 10,066 mln. manat, ödənişləri isə 2,328 mln. manat olub. Şirkətin respublika üzrə məcmu sığorta daxilolmalarında xüsusi payı 5,35%, ödənişlərdə isə 4,66% təşkil edib. Azərbaycanda 7 filialı və 40-dan çox nümayəndəliyi olan «AzSığorta» müştərilərə 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR