Bank Of Baku

Ötən ay Azərbaycanda 1 145 vergi ödəyicisində qanun pozuntusu faktları aşkarlanıb

Ötən ay Azərbaycanda 1 145 vergi ödəyicisində qanun pozuntusu faktları aşkarlanıb
# 06 mart 2009 09:31 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Vergilər Nazirliyi tərəfindən fevralın 1-dən martın 1-dək keçirilmiş operativ nəzarət tədbirləri zamanı 1 145 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilərək müvafiq tədbirlər görülüb. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyindən məlumat verilib.
Nəzarət tədbirləri zamanı 493 vergi ödəyicisində nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 117 vergi ödəyicisində valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi faktları aşkar edilib. Vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən 109 vergi ödəyicisi və 258 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə lisenziyasız məşğul olması faktları aşkarlanıb.
Nəzarət tədbirləri zamanı həmçinin 47 vergi ödəyicisində 50 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi, 51 vergi ödəyicisinin fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 45 şəxs tərəfindən valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılması faktları müəyyən olunub. Aksiz markalarının tətbiqi vəziyyətinə nəzarət məqsədilə keçirilən tədbirlər zamanı isə 25 vergi ödəyicisində 530,30 manat dəyərində 463 ədəd aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar aşkarlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR