Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankından saxtakarlıqla alınan kreditlərin əsas hissəsi banka qaytarılıb

Azərbaycan Beynəlxalq Bankından saxtakarlıqla alınan kreditlərin əsas hissəsi banka qaytarılıb
# 06 mart 2009 09:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) Daxili Audit Departamenti tərəfindən 2005-ci ildə apardığı monitorinq nəticəsində tərəfdaş kimi seçilmiş mağazalarda «ekspress-kredit»lərin müştərilərə verilməsi işində saxtakarlıq halları aşkarlanıb.
Bankın mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, bu mağazaların əməkdaşlarının iştirakı ilə bir qrup kənar şəxs müxtəlif təşkilatlardan bank tərəfindən tələb olunan sənədləri əldə etməyə müvəffəq olmaqla, ayrı-ayrı şəxslərin adlarına kreditlər alıblar.
«Bankın auditorlarının apardığı yoxlama nəticəsində bir sıra arayışın fəaliyyəti olmayan və ya verilən şəxsə aidiyyəti olmayan müəssisələrdən alınması, bəzi müəssisələrin isə verdiyi arayışlarda əmək haqlarının süni olaraq artırılması, eləcə də bir sıra sənədin texniki vasitələrlə saxtalaşdırıldığı müəyyən edilib. Bununla əlaqədar, 2005-ci ilin dekabrında ABB işin araşdırılması barədə Respublika Baş Prokurorluğuna müraciət edib və dələduzluqla məşğul olan qrup cinayət məsuliyyətinə cəlb edilib. Mənimsənilən vəsaitin böyük bir hissəsinin banka qaytarılmasına nail olunub», - deyə bankın mətbuat xidmətindən bildirib.
Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur.
Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 4 369,751 mln. manat, kredit portfeli 2 925,867 mln. manat, depozit portfeli 2 512,381 mln. manat, məcmu kapitalı 418,510 mln. manat, o cümlədən nizamnamə kapitalı 189,737 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 36 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR