Bank Of Baku

«AccessBank» bu il 40 mln. dollar kredit cəlb edəcək

«AccessBank» bu il 40 mln. dollar kredit cəlb edəcək
# 06 mart 2009 09:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AccessBank» Səhmdar Kommersiya Bankı (SKB) bu il ərzində xarici maliyyə institutlarından 40 mln. ABŞ dolları həcmində əlavə kredit cəlb etmək niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında bankın pərakəndə bankçılıq və əməliyyat rəhbəri Anar Həsənov bildirib.
A.Həsənovun sözlərinə görə, hazırda 15 mln. dollar həcmində kredit xəttinin cəlb edilməsi istiqamətində bir neçə iri maliyyə qurumu ilə danışıqlar aparılır. Bankın planlarına uyğun olaraq, cəlb ediləcək vəsaitlər Azərbaycanda biznesin, mikro, kiçik və orta sahibkarlığın inkişafına yönəldiləcək.
Qeyd edək ki, «AccessBank» bu ilin fevralında sahibkarlara 20 mln. dollar həcmində 6500-dən çox kredit verib. Xatırladaq ki, «AccessBank» kreditləri müştərilərin tələbatından asılı olaraq 100 dollardan 1 mln. dollaradək (manat, avro) məbləğdə ayırır.
Xatırladaq ki, «AccsesBank» 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb. Ötən ilin sentyabrında bank brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir.
Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 198,863 mln. manat, kredit portfeli 165,941 mln. manat, depozit portfeli 17,279 mln. manat, məcmu kapitalı 42,863 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib. Bankın respublika üzrə 19 filialı, 19 bankomatı və 40 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR