Bank Of Baku

Yaxın günlərdə Azərbaycanda «Sosial müdafiənin inkişafı Layihəsi»nin icrasına başlanacaq

Yaxın günlərdə Azərbaycanda «Sosial müdafiənin inkişafı Layihəsi»nin icrasına başlanacaq
# 06 mart 2009 10:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaxın günlərdə Azərbaycanda Dünya Bankı (DB) tərəfindən maliyyələşdirilən «Sosial müdafiənin inkişafı Layihəsi»nə start veriləcək. Bu barədə «APA-Economics»ə DB-nın Bakı ofisindən məlumat verilib.
DB-dan bildirilib ki, layihə üç komponentdən ibarətdir, bura əmək bazarında islahatların aparılması, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin potensialının artırılması və təhlükəsizlik şəbəkəsinin inkişafı, habelə pensiya sisteminin inkişafı daxildir.
«Layihənin ümumi dəyəri 54,6 mln. ABŞ dolları həcmində qiymətləndirilir ki, bunun 27,9 mln. dolları Azərbaycan hökuməti, 26,7 mln. dolları isə Dünya Bankı tərəfindən ayrılacaq. Layihə 2009-2013-cü illəri əhatə edəcək», - deyə ofisdən bildirilib.
Qeyd edək ki, «Sosial müdafiənin inkişafı Layihəsi»nə dair Azərbaycan və DB arasında saziş 2008-ci ilin noyabr ayının 28-də imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR