Bank Of Baku

«AccessBank»ın pulköçürmə sistemləri üzrə dövriyyəsi 2 dəfə azalıb

«AccessBank»ın pulköçürmə sistemləri üzrə dövriyyəsi 2 dəfə azalıb
# 06 mart 2009 10:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Cari ilin əvvəlindən «AccessBank» Səhmdar Kommersiya Bankının (SKB) beynəlxalq pulköçürmə sistemləri üzrə ümumi dövriyyəsinin həcmi təxminən 2 dəfə azalıb.
Bankın pərakəndə bankçılıq və əməliyyat rəhbəri Anar Həsənovun «APA-Economics»ə verdiyi məlumata görə, bu ilin mart ayının 1-nə sistemlər üzrə pulköçürmə dövriyyəsinin ümumi həcmi təxminən 2,5 mln. dollar təşkil edib ki, bu da cari ilin əvvəli ilə müqayisədə 2 dəfə azdır.
A.Həsənovun sözlərinə görə, sistemlər üzrə ən çox azalma Rusiya və Ukrayna üzrə müşahidə olunub: «Hazırda bu tendensiya davam etməkdədir».
Xatırladaq ki, «AccsesBank» 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb. Ötən ilin sentyabr ayında bankın brendi dəyişdirilib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir.
Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 198,863 mln. manat, kredit portfeli 165,941 mln. manat, depozit portfeli 17,279 mln. manat, məcmu kapitalı 42,863 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib.
Bankın respublika üzrə 19 filialı, 19 bankomatı və 40 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR