Bank Of Baku

Azərbaycan banklararası bazarında ən çox işlənilən kredit faiz dərəcəsi 13,30%-ə çatıb

Azərbaycan banklararası bazarında ən çox işlənilən kredit faiz dərəcəsi 13,30%-ə çatıb
# 06 mart 2009 12:30 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanın mütəşəkkil banklararası bazarında milli valyutada ayrılan kredit vəsaitləri üzrə orta faiz dərəcələri son bir həftə ərzində yenidən artıb.

«APA-Economics»in Bakı Banklararası Valyuta Birjasının (BBVB) məlumatları əsasən verdiyi xəbərə görə, martın 2-6-da banklararası manat kreditləri üzrə vəsaitlərin yerləşdirmə dərəcələri orta hesabla 0,852 faiz bəndi qədər qalxıb. Əvvəlki həftə ərzində 0,025 faiz bəndi enmə qeydə alınsa da, bu həftə faiz dərəcələri demək olar ki, bütün manat kredit alətləri üzrə yüksəlib. Nəticədə, pul bazarının əsas indikatoru sayılan 90 günlük BakİBOR əmsalı illik 15,67%-dən 16,40%-dək artıb. Xatırladaq ki, Azərbaycan Milli Bankının təkrar maliyyələşdirmə dərəcəsi ayın əvvəlindən 3%-ə salınıb.

Eyni zamanda, ötən həftə ilə müqaisədə bankların mütəşəkkil pul bazarında manat vəsaitlərinin cəlbetmə dərəcələri qizamüddətli alətlər üzrə (1 gün, 2 gün, 7 gün, 14 gün) də artıb. Lakin, bütün banklararası kredit alətləri üzrə orta hesabla 0,33 faiz bəndi azalma qeydə alınıb. Buna baxmayaraq, 90 günlük kreditlər üzrə BakİBİD pul indikatoru illik 10,17%-dən 10,20%-dək yüksəlib. Beləliklə, pul bazarında ən çox işlənilən kredit faiz dərəcəsi (often used) illik 12,92%-dən 13,30%-ə çatıb.

Qeyd edək ki, bankların faiz dərəcələri birjanın hesabladığı BakİBOR (Baku İnterbank Offer Rate) və BakİBİD (Baku İnterbank Bid Rate) göstəricilərində əksini tapıb. Həmçinin, qlobal iqtisadi böhranın dərinləşməsi ilə əlaqədar son bir neçə ay ərzində ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunması məqsədi ilə Azərbaycan Milli Bankının təkrar maliyyələşdirmə dərəcəsi 5 dəfə azaldıb – 15%-dən 3%-dək.

BakİBOR və BakİBİD - pul bazarında kreditlərin cəlb olunması və yerləşdirilməsi göstəriciləridir. Bu indikatorların hesablanması pul bazarının aparıcı bank-operatorları (market-meykerlər) tərəfindən elan edilən kreditlərin cəlb olunması və yerləşdirilməsi dərəcələri əsasında aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR