Əmanət və depozitlərin müddəti | 01.02.2009 | 01.01.2009 | 01.01.2008 |
1 ayadək | 1,7% | 2,3% | 9,2% |
1-3 ay | 8,0% | 8,7% | 10,1% |
3-6 ay | 7,2% | 7,2% | 5,6% |
6-9 ay | 3,8% | 3,8% | 4,6% |
9-12 ay | 36,6% | 36,3% | 33,2% |
1-5 il | 42,4% | 41,4% | 37,3% |
5 ildən artıq | 0,3% | 0,3% | 0 |
Göründüyü kimi, son bir il ərzində əmanət və depozitlərin müddət üzrə strukturunda müəyyən dəyişikliklər müşahidə olunub ki, bunun əksəriyyəti müddətlərin uzadılması, daha dəqiq desək, uzun müddətə yerləşdirilən depozitlərin həcminin artmasını göstərir. O cümlədən, bu proses fiziki şəxslərin əmanətləri üzrə də müşahidə olunub. Belə ki, Milli Bankın məlumatlarına əsasən, 1 834 mln. manat təşkil edən əmanətlərin tərkibində uzunmüddətli əmanətlərin artımı ötən ilin müvafiq dövrünə nisbətən 30,3% təşkil edib. Ümumilikdə, fevralın 1-nə rezident fiziki şəxslərin əmanətlərinin həcmi 1 643,3 mln. manat, qeyri-rezident fiziki şəxslərin əmanətləri isə 190,7 mln. manata bərabər olub.
Beləliklə, Azərbaycanda bankların maliyyə resurs bazasının əsas mənbələrdən biri olan əmanətlər əhali tərəfindən tədricən daha uzun müddətə qoyulur. Bu, ilk növbədə əhali arasında banklara inam və etibarının artdığını göstərir. Bu isə nəticə etibarı ilə bankların daha uzunmüddətli və bununla əlaqədar daha gəlirli aktiv əməliyyatlarda istifadə etmək imkanlarını genişləndirir.