Bank Of Baku

«Qala Sığorta» yeni baş ofisə köçüb

«Qala Sığorta» yeni baş ofisə köçüb
# 06 mart 2009 13:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qala Sığorta» şirkətinin baş ofisi yeni ünvana köçüb.
Şirkətin İdarə Heyətinin sədri Abbas Babayevin «APA-Economics»ə verdiyi məlumata görə, icarəyə götürülmüş yeni ofis Bakı şəhəri Araz küçəsi,7 ünvanında yerləşir.
Qeyd edək ki, şirkət əvvəllər Z.Tağıyev küçəsi,18 ünvanında fəaliyyət göstərib.
Xatırladaq ki, «Qala Sığorta» şirkətinə Maliyyə Nazirliyi tərəfindən müddətsiz lisenziya 2008-ci ilin iyul ayının 31-də verilib. Şirkətin təsisçiləri rolunda «AzRe» təkrarasığorta şirkəti (60%) və 1 fiziki şəxs (40%) çıxış edir. Ötən il ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 60 min manat olub. Bu müddət ərzində şirkət risklər üzrə ödəniş aparmayıb. Cari ilin mart ayının 1-nə şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR