Bank Of Baku

Azərbaycan Milli Depozit Mərkəzində qeydiyyata alınan alqı-satqı əqdlərinin sayı ilin əvvəlindən 81 dəfə azalıb

Azərbaycan Milli Depozit Mərkəzində qeydiyyata alınan alqı-satqı əqdlərinin sayı ilin əvvəlindən 81 dəfə azalıb
# 06 mart 2009 14:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan Milli Depozit Mərkəzi (MDM) tərəfindən səhmdar cəmiyyətlərin səhmlərinin saxlanması və səhmdarların reyestrinin aparılmasına dair 15 müqavilə bağlanıb ki, bu da 2008-ci ilin analoji dövrü ilə müqayisədə 31,8% azdır.
MDM-dən «APA-Economics»ə verilən məlumata görə, yanvar-fevral ayları ərzində 26 865 586 manat nominal dəyərində olan 5 528 745 səhm üzrə 659 alqı-satqı və müqaviləsi və 132 353 ABŞ dolları nominal dəyərində olan 51 istiqraz üzrə 9 alqı-satqı müqaviləsi qeydiyyata alınıb.
Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə müvafiq olaraq müqavilələrin nominal dəyəri 3,3 dəfə, səhmlərin sayı 2 dəfə, alqı-satqı müqavilələrinin sayı isə 81,2 dəfə azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR