Bank Of Baku

«Azərbaycan Sənaye Sığorta» şirkəti ötən il daxilolmalarını 2 dəfədən çox artırıb

«Azərbaycan Sənaye Sığorta» şirkəti ötən il daxilolmalarını 2 dəfədən çox artırıb
# 06 mart 2009 15:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Sığorta» şirkətinin 2008-ci il ərzində topladığı sığorta haqlarının həcmi 3,499 mln. manat təşkil edib ki, bu da 2007-ci ilin yekun göstəriciləri ilə müqayisədə 2,1 dəfə çoxdur.
Şirkətin direktoru Rəşad Əhmədovun «APA-Economics»ə verdiyi məlumata görə, hesabat ilində şirkətin sığorta riskləri üzrə ödənişləri 2,8 dəfə artaraq 924,463 min manata çatıb.
R.Əhmədovun sözlərinə görə, daxilolmaların strukturunda ən çox yığım «Yük sığortası» növününün payına düşüb. Belə ki, ötən il ərzində bu sığorta növü üzrə yığımın həcmi 25% artaraq 1,253 mln. manat təşkil edib. Həmçinin, sığorta haqlarında 1,078 mln. manat «İnşaat sığortası», 373,798 min manat «Avtonəqliyyat vasitələrinin kompleks sığortası» və 230,219 min manat «Əmlakın yanğın və digər əlavə risklərdən sığortası» növlərinin payına düşüb.
Ödənişlərdə isə daha çox vəsait «Yük sığortası» (402,5 min manat), «Əmlakın yanğın və digər əlavə risklərdən sığortası» (161 min manat) və «Avtonəqliyyat vasitələrinin kompleks sığortası» növləri (16,1 min manat) üzrə ödənilib.
Xatırladaq ki, təsisçisi «Azərbaycan Sənaye Bankı» olan «Azərbaycan Sənaye Sığorta» şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Yaxın vaxtlara kimi şirkət «Capital İnvestment Insurance» («CI Insurance») brendi ilə tanınıb. Hazırda şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR