Bank Of Baku

Azərbaycan nümayəndələri Vyanada keçiriləcək MDB və Şərqi Avropa ölkələrinin ənənəvi Bank Forumunda iştirak edəcəklər

Azərbaycan nümayəndələri Vyanada keçiriləcək MDB və Şərqi Avropa ölkələrinin ənənəvi Bank Forumunda iştirak edəcəklər
# 07 mart 2009 09:15 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov - APA-Economics. Azərbaycan Milli Bankı və kommersiya banklarının nümayəndələri aprelin 23-dən 25-dək Vyanada keçiriləcək MDB və Şərqi Avropa ölkələrinin ənənəvi Bank Forumunda iştirak edəcəklər. Bu barədə “APA-Economics”ə Mərkəzi və Şərqi Avropa ölkələrinin Bank Assosiasiyasında (ВАСЕЕ) məlumat verilib.

Azərbaycanın 2008-ci ildən üzv olduğu ВАСЕЕ Avstriya paytaxtında 20-ci illik konfransı ilə bərabər, bölgədəki bankların dünyada baş verən iqtisadi-maliyyə böhranı şəraitində üzləşdikləri çətinlikləri təhlil etmək qərarına gəlib. Bank Forumunda xüsusi diqqət böhran şəraitində bank risklərinin idarə olunmasına yönəldiləcək. BACEE nümayəndələri hesab edirlər ki, Mərkəzi və Şərqi Avropa dövlətlərində fəaliyyət göstərən bankların riskləri MDB ölkələrindəki bank təsisatlarının riskləri ilə müqayisə oluna bilər. Assosiasiyasının rəhbərliyi o fikirdədir ki, bu sahədə aktual sayılan məsələlər və onların həlli yolu birgə müzakirə olunmalıdır. Maraqlıdır ki, bu il sözügedən Forumda ilk dəfə olaraq Azərbaycan bank sisteminin təqdimetmə mərasimi də keçiriləcək.

Qeyd edək ki, Vyanadakı Bank Forumunda və BACEE-nin illik konfransında iştirak etmək üçün Azərbaycan və bir sıra MDB Mərkəzi və kommersiya banklarının nümayəndələrindən başqa, İsveçrə, Almaniya, Belçika, Avstriya və beynəlxalq maliyyə qurumlarının bank rəhbərləri və mütəxəssisləri qeydiyyatdan keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR