Bank Of Baku

«AccessBank» bu il aktivlərini 62%, kredit portfelini isə 70% artırmaq niyyətindədir

«AccessBank» bu il aktivlərini 62%, kredit portfelini isə 70% artırmaq niyyətindədir
# 10 mart 2009 07:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AccessBank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin 2009-cu il ərzində 62% artaraq 2010-cu ilin əvvəlinə 322 mln. manata çatacağı proqnozlaşdırılır.
«AccessBank»ın pərakəndə bankçılıq və əməliyyat rəhbəri Anar Həsənovun «APA-Economics»ə verdiyi məlumata görə, bu il ərzində bankın kredit və depozit portfelində də artım gözlənilir. Belə ki, 2009-cu ildə strateji plana uyğun olaraq, kredit portfelinin 70% artaraq 282 mln. manata, depozit portfelinin isə 2,8 dəfə genişlənərək 48 mln. manata çatacağı proqnozlaşdırılır.
Qeyd edək ki, bu ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 198,863 mln. manat, kredit portfeli 165,941 mln. manat, depozit portfeli 17,279 mln. manat, məcmu kapitalı 42,863 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib.
Xatırladaq ki, «AccsesBank» 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir.
Bankın respublika üzrə 19 filialı, 19 bankomatı və 40 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR