Bank Of Baku

Avropa İttifaqı «Şərq tərəfdaşlığı» proqramı ölkələrinə əlavə 350 mln. avro ayıracaq

Avropa İttifaqı «Şərq tərəfdaşlığı» proqramı ölkələrinə əlavə 350 mln. avro ayıracaq
# 10 mart 2009 07:46 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Avropa İttifaqı (Aİ) 2013-cü ilədək «Şərq tərəfdaşlığı» proqramına qatılan bir sıra ölkələrə, o cümlədən Azərbaycana 350 mln. avro həcmində əlavə yardım ayıracaq. «APA-Economics»in məlumatına görə, bu bəyanatla Aİ-nin xarici əlaqələr və avroqonşuluq üzrə komissarı xanım Benita Ferrero-Valdner çıxış edib.
Onun sözlərinə görə, Azərbaycan, Ermənistan, Moldova, Ukrayna və Gürcüstana ayrılan vəsait bu ölkələrdə daha sabit iqtisadi durumun bərqərar olmasına xidmət edəcək. Avrokomissarın bəyanatı Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurasının iclasından sonra səslənib. B.Ferrero-Valdnerin fikrincə, yardımın göstərilməsi Rusiya və Gürcüstan, eləcə də Rusiya və Ukrayna arasında yaşanan gərginlik nəticəsində itkiləri müəyyən dərəcədə kompensasiya edəcək. Maraqlıdır ki, ayrılacaq yardımın konkret ölkələr arasında bölüşdürülməsinə dair məlumat verilmir. Bununla belə, qeyd etmək lazımdır ki, əvvəl Aİ-nin «Şərq tərəfdaşlığı» proqramının iştirakçılarına 2009-2013-cü illərdə veriləcək yardımın 250 mln. avro təşkil edəcəyi bildirilirdi. Ehtimallara görə, Aİ-nin xarici əlaqələr və avroqonşuluq üzrə komissarının bəyanatından sonra yardımın tam həcmi 600 mln. avroya çatdıralacaq.
Xatırladaq ki, «Şərq tərəfdaşlığı» proqramı Polşa və İsveç hökumətlərinin təşəbbüsü ilə həyata keçirilir. Bu proqramda Azərbaycan və GUAM ölkələri ilə yanaşı Ermənistan da iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR