Bank Of Baku

Azərbaycanın daha bir sığorta şirkəti ASC-yə çevrilib

Azərbaycanın daha bir sığorta şirkəti ASC-yə çevrilib
# 10 mart 2009 08:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «MBASK» Qapalı Səhmdar Cəmiyyəti hüquqi statusunu dəyişərək Açıq Səhmdar Cəmiyyətinəə (ASC) çevrilib. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bununla bağlı qərar şirkətin bu ilin fevralın 12-də keçirilən səhmdarlarının ümumi yığıncağında qəbul edilib.
Xatırladaq ki, sığorta şirkətlərinin ASC-yə çevrilməsi ilə bağlı Maliyyə Nazirliyi tərəfindən sığorta şirkətlərinə bu ilin mart ayının 15-dək vaxt verilib. Həmin müddət bitdikdən sonra ASC formasında fəaliyyət göstərməyən sığorta şirkətlərinin lisenziyaları «Sığorta fəaliyyəti haqqında» qanuna müvafiq olaraq məhdudlaşdırılacaq və onlara əlavə 6 ay vaxt veriləcək. Bu müddət ərzində də şirkət öz öhdəliyini yerinə yetirməzsə, şirkətin lisenziyası tamamilə ləğv ediləcək.
Qeyd edək ki, ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin yalnız 2-si («Beynəlxalq Sığorta Şirkəti» və «AİG Caspian») QSC və MMC statusu ilə fəaliyyət göstərir.
Hazırda Azərbaycanda 28 sığorta şirkəti fəaliyyət göstərir ki, bunların ötən il ərzində topladığı məcmu sığorta haqlarının həcmi 179,26 mln. manat, ödənişləri isə 49,81 mln. manat olub.
Xatırladaq ki, «MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (30%) və fiziki şəxslər çıxış edirlər. Maliyyə Nazirliyinin ilkin məlumatlarına görə, şirkətin ötən il ərzində topladığı sığorta haqlarının həcmi 18,55 mln. manat, ödənişləri isə 5,96 mln. manat olub. «APA-Economics»in sığorta şirkətləri üzrə hazırladığı renkinqdə «MBASK» daxilolmalar və ödənişlər üzrə ikinci yeri tutub. Ötən il ərzində Azərbaycanda məcmu daxilolmalar üzrə şirkətin xüsusi çəkisi 10,3%, ödənişlər üzrə isə 12% təşkil edib.
Cari ilin fevral ayının 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR