Bank Of Baku

Dünya Bankı: 2009-cu ildə dünya iqtisadiyyatının artımı olmayacaq

Dünya Bankı: 2009-cu ildə dünya iqtisadiyyatının artımı olmayacaq
# 10 mart 2009 09:11 (UTC +04:00)
Bakı – APA-Economics. Dünya iqtisadiyyatının artımı 2009-cu ildə bərpa olunmayacaq. Bu barədə Dünya Bankının (DB) apardığı qiymətləndirmədə deyilir. Bununla da, Bank digər beynəlxalq maliyyə qurumları və müstəqil iqtisadçılarla müqayisədə daha mənfi proqnozlər səsləndirib. «APA-Economics»in «Vzglyad» qəzetinə istinadən verdiyi məlumata əsasən, Beynəlxalq Valyuta Fondun (BVF) ekspertləri dünya ÜDM-in az da olsa artımı gözlədiyi halda, Dünya Bankı onun azalacağını proqnozlaşdırır.

Beləliklə, DB-nın proqnozlarına əsasən, dünya ÜDM-i 2009-cu ildə II Cahan Mharibəsindən sonra ilk dəfə olaraq azalacaq. Qeyd edək ki, həmin proqnoz «Boyük 20-liyin» (G-20) maliyyə nazirləri üçün hazırladığı məruzəyə də daxil edilib.

Qeyd olunduğu kimi, eyni zamanda BVF 2009-cu ildə dünya iqtisadiyyatının 0,5% artacağını proqnozlaşdırır ki, bunun da əsasən inkişafda olan ölkələrin hesabına baş verəcəyi gözlənilir.

Rusiyanın «İnterfaks» Agentliyinin məlumatına görə, bu günə kimi iqtisadçıların əksəriyyəti Çində ÜDM-in artım tendensiyalarının saxlanması hesabına cari ildə dünya iqtisadiyyatında kiçik artımı gözləyirdi. Xatırladaq ki, Çin Dövlət Şurasının başçısı Ven Tsyabao bəyan edib ki, 2009-cu ildə Çində ÜDM-in həcmi ən azı 8% artacaq.

V.Tsyabao ölkənin çətin vəziyyətə düşdüyünü etiraf edərək, iqtisadi artımın və daxili tələbatın artırılmasına yönəldilən strateji kursu saxlamağa çağırıb. BVF-nin son hesablamalarına görə, bu il Çində ÜDM-in artımı 6,7%, Hindistanda isə 5,1% təşkil edəcək.

Qeyd edək ki, DB dünya ÜDM-in 2009-cu ildə azalma səviyyəsini hələ açıqlamır və dəqiq rəqəmin yaxın bir neçə həftə ərzində dərc edəcəyini bildirir. Eyni zamanda, DB dünya ticarətinin 80-ci illərin əvvəlindən ən minimal həddə düşməsi barədə xəbərdarlıq edir. Bankın ekspertlərinin fikrincə, hazırkı şəraitdə inkişafda olan ölkələrə idxalın maliyyələşməsi və borcalmanın ödənilməsi üçün ayrılan vəsait çatmaya bilər. Bu xərclər beynəlxalq maliyyə qurumları tərəfindən maliyyələşdirilə bilmədiyinə görə, inkişaf etmiş ölkələr daha kasıb ölkələrin dəstəklənməsinə dair əlavə tədbirlərin görülməsi vacibdir.

Bankın analitiklərinin fikrincə, varlı ölkələr tərəfindən öz iqtisadiyyatlarının dəstəklənməsinə yönəldilən vəsaitlərin 0,7%-ni toplayan bir fondun yaradılması zəruridir.

Qeyd edək ki, həm dövlət, həm müstəqil ekspertlər artıq belə qənaətə gəliblər ki, ölkələrin öz iqtisadiyyatların dəstəkləməsinə yönəldilən milliyardlarla vəsaitlərinə baxmayaraq, dünya böhranı hələ də öz sonundan çox uzaqdır. Onun nəticələri daha ciddi, çıxışı isə daha uzunmüddətli olacaq və əgər Dünya Bankının ardınca BVF də dünya iqtisadi artımı üzrə öz proqnozunu heç olmasa sıfıradək azaldarsa, həmin proqnozu optimistik hesab etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR