Bank Of Baku

Beynəlxalq Valyuta Fondu: Qafqaz və Mərkəzi Asiya ölkələrində orta iqtisadi artım dinamikası 2%-ə enəcək

Beynəlxalq Valyuta Fondu: Qafqaz və Mərkəzi Asiya ölkələrində orta iqtisadi artım dinamikası 2%-ə enəcək
# 10 mart 2009 10:09 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) Qafqaz və Mərkəzi Asiya ölkələrində iqtisadi artım templərinin kəskin şəkildə azalacağını proqnozlaşdırır. Bu bəyanatla dünya maliyyə-iqtisadi böhranı və onun nəticələri ilə bağlı Bişkekdə keçirilən regional konfransda Fondun Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Məsud Əhməd çıxış edib.

BVF-dan «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan və Mərkəzi Asiya ölkələri hökumətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən forumda qlobal böhranla bağlı ehtimallar nəzərdən keçirilib. Konfransda çıxış edən M.Əhməd vurğulayıb ki, bölgə üzrə orta artım templəri üç dəfə azala bilər. Onun sözlərinə görə, ötən il Qafqaz və Mərkəzi Asiya ölkələrində orta hesabla 6%-ə çatan iqtisadi artım dinamikası 2009-cu ildə 2%-ə enəcək. BVF rəsmisi bunu dünyada yaşanan iqtisadi resessiya və enerji daşıyıcılarına qiymətlərin düşməsi, Azərbaycan və bir sıra bölgə dövlətləri üçün əsas ticarət tərəfdaşı olan Rusiyada baş verən böhranla əlaqələndirir. Bişkek konfransı iştirakçıları Qafqaz və Orta Asiya regionunun yayılan qlobal böhranın təsirinə getdikcə daha çox məruz qalması və böhranın xüsusilə Rusiyadan çox asılı olan və xaricdən irihəcmli maliyyə ehtiyacları olan ölkələrdə daha dərindən hiss ediləcəyini bildiriblər. Belə ki, Rusiyanın bölgədə əsas ticarət tərəfdaşı olması səbəbindən bu ölkələrdə baş verən səngimə ticarət və pul köçürmələri kanalları vasitəsilə regiondakı artım templərinə və daxili tələbata zərər vurur.

Qafqaz və Mərkəzi Asiya ölkələrinin hökumətləri böhranın nəticələri ilə mübarizə aparmaq üçün qabaqlayıcı mövqe tutsalar da, iştirakçılar etiraf ediblər ki, artımın və kasıbların dəstəklənməsi və maliyyə sisteminin qorunması istiqamətində əlavə maliyyə siyasətinə ehtiyac yaranıb. Bu kontekstdə M.Əhməd bəyan edib ki, bura likvidlik təminatı, kapital inyeksiyaları, problemli aktivlərin aradan qaldırılması və depozit təminatları üzrə tədbirlər daxildir. Eyni zamanda, onun fikrincə, məzənnə tənzimləməsi də bir neçə ölkəyə böyük xarici şokları zəiflətməyə və ehtiyatlardakı azalmanın qarşısını almağa kömək edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR