Bank Of Baku

Azərbaycan bank sistemində ticarət kreditləri azalmağa başlayıb

Azərbaycan bank sistemində ticarət kreditləri azalmağa başlayıb
# 10 mart 2009 10:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatları tərəfindən ticarət və xidmət sektoruna verilən kreditlərin həcmi 2009-cu ilin fevral ayının 1-nə 1 764,1 mln. manat təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 523,5 mln. manat və ya 42,2% artıb. Eyni zamanda, cari ilin əvvəlindən, yəni yanvar ayında istehlak kreditlərin həcmi 147,2 mln. manat və ya 7,7% azalıb.
Ötən il ərzində ticarət və xidmət sektoruna verilən kreditlərin orta aylıq artım tempi 59,8 mln. manat təşkil edib. Beləliklə, yanvar ayında müşahidə olunan azalma ötən ilki orta aylıq artımdan 2,5 dəfə çox olub.
Qeyd edək ki, ticarət və xidmət sektoruna verilən kreditlərlə yanaşı yanvar ayında istehlak kreditləri üzrə də azalma baş verib. Azalmanın həcmi 22,4 mln. manat və ya 0,96% təşkil edib. Fevralın 1-nə istehlak kreditlərinin ümumi həcmi 2 312,5 mln. manata bərabər olub.
Ticarət və xidmət sektoruna verilən kreditlər və istehlak kreditləri bankların kredit portfelinin əsas tərkib hissələridir. Belə ki, ticarət və xidmət sektoruna kreditlərin xüsusi çəkisi 24,5%, istehlak kreditlərinin xüsusi çəkisi isə 32,1% təşkil edib. Beləliklə, ümumilikdə 56,6%-ə malik olan bu kredit istiqamətləri üzrə yanvar ayında azalma müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR