«APA-Economics»in məlumatına görə, keçən həftə dövriyyənin gündəlik göstəriciləri aşağıdakı kimi olub:
Ötən həftənin yekunlarına görə, dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının valyuta bölməsində aparılan ticarət əməliyyatları üzrə orta göstərici) 0,02% azalaraq 0,8050 manat təşkil edib. Qeyd edək ki, bununla belə 0,05% azalan rəsmi məzənnə də 0,8050 manata bərabər olub. Nağd alış və satış məzənnələri (banklar üzrə orta göstərici) müvafiq olaraq 0,01% və 0,02% enib:
Göründüyü kimi, həftə ərzində, demək olar ki, tam məzənnə sabitliyi müşahidə olunub, bu da nağd mübadilə məzənnələri daxil olmaqla, dolların bütün məzənnələrinə aiddir. Hazırda yaşanan dünya maliyyə və iqtisadi böhran şəraitində valyuta məzənnəsinin sabit qalması çox pozitiv faktdır. Xüsusən də nəzərə alınmalıdır ki, manatın dollara qarşı məzənnəsinin saxlanması üçün Milli Bank tərəfindən müəyyən vəsaitlər xərclənir. Belə ki, AMB-nin sədri Elman Rüstəmovun sözlərinə görə, ilin əvvəlindən həmin məqsədlərə valyuta ehtiyatlarından 300 mln. dollara yaxın vəsait xərclənib ki, bu da digər inkişafda olan ölkələrin analoji xərclərindən kəskin dərəcədə azdır. Həmçinin qeyd etməliyik ki, bir sıra ölkə artıq məzənnənin dəstəklənməsindən imtina edərək, milli valyutalarını sərbəst buraxıb.
Lakin ötən həftə məzənnə sabitliyi heç də avroya aid olmayıb: həftə ərzində avronun məzənnəsinin dəyişməsi nəzərə çarpan olub, lakin yekundahəftəlik dəyişmə cəmi 0,03% təşkil edib:
Göründüyü kimi, ötən həftə avronun rəsmi məzənnəsi hətta manatla paritet səviyyəyə düşüb, lakin bundan sonrakı gün bir məzənnə bir qədər artıb və bu, dünya bazarlarında müşahidə edilən analoji tendensiyalarla əlaqəli olub.