Bank Of Baku

Beynəlxalq Valyuta Fondu borcların ödənilməsində Azərbaycana güzəştə gedib

Beynəlxalq Valyuta Fondu borcların ödənilməsində Azərbaycana güzəştə gedib
# 10 mart 2009 11:20 (UTC +04:00)
Fondun nümayəndəsi bildirib ki, Azərbaycan 1995-2006-cı illərdə BVF-dən cəlb etdiyi kreditlər üzrə borcların ödənilməsini 2012-ci ildə deyil, 2013-cü ildə başa çatdıracaq. Cəmi 46,25 mln. SDR (67,48 mln. ABŞ dolları) təşkil edən borc və borclar üzrə faiz öhdəliklərinin yerinə yetirilməsində güzəştlər imkan verir ki, cari ildə 17,9 mln. dollar əvəzində Valyuta Fonduna 15,01 mln. dollar ödənilsin. Eyni zamanda, gələn il ödənişlərin yeni cədvəlinə uyğun olaraq, BVF-ya 9,83 mln. SDR (14,34 mln. dollar), növbəti üç ildə isə müvafiq olaraq 11,06 mln. SDR (16,1 mln. dollar), 8,6 mln. SDR (12,6 mln. dollar), 6,47 mln. SDR (9,4 mln. dollar) ödəniləcək.
Əvvəlki cədvələ əsasən isə, 2010-cu, 2011-ci və 2012-ci illərdə müvafiq olaraq 9,83 mln. SDR (14,4 mln. dollar), 11,06 mln. SDR (16,1 mln. dollar) və 8,6 mln. SDR (12,6 mln. dollar) ödənilməsi nəzərdə tutulurdu. Maraqlıdır ki, ötən ilin son rübündə Azərbaycanın Fonda ödədiyi məbləğ 14,42 mln. dollar təşkil edib.

Xatırladaq ki, BVF qarşısında öhdəliklər tam həcmdə Azərbaycan Milli Bankı tərəfindən yerinə yetirilir. Hələ 1992-ci ilin sentyabr ayından BVF-nin üzvü olan Azərbaycanın Fonddakı kvotası bu ilin mart ayının əvvəlinə 160,9 mln. SDR (234,8 mln. dollar) təşkil edib. Hazırda Azərbaycanın BVF ilə əməkdaşlığı yeni kreditlərin cəlb olunmasını nəzərdə tutmayan texniki məsləhətləşmələrlə məhdudlaşır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR