Bank Of Baku

Azərbaycanda maliyyə sektorunda korporativ idarəetmənin tətbiqi mövzusunda iki seminar keçiriləcək

Azərbaycanda maliyyə sektorunda korporativ idarəetmənin tətbiqi mövzusunda iki seminar keçiriləcək
# 10 mart 2009 12:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Martın 11-də Bakıda «Mikromaliyyə təşkilatlarında korporativ idarəetmə: Azərbaycan və beynəlxalq təcrübə» mövzusunda seminar keçirəcək. Tədbir Dünya Bankı qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən «Azərbaycanda Korporativ İdarəetmə Layihəsi» çərçivəsində təşkil olunur.
IFC-nin Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, bundan başqa, martın 12-də Azərbaycanda fəaliyyət göstərən banklar üçün «Banklarda korporativ idarəetmə: Azərbaycan və beynəlxalq təcrübə» mövzusunda da seminar keçiriləcək.
Seminarlar zamanı «Korporativ idarəetmə anlayışı və qabaqcıl korporativ idarəetmə prinsiplərinin həyata keçirilməsinin üstünlükləri və məsrəfləri», «Səhmdarların hüquqları», «Səhmdarlara və maraqlı tərəflərə eyni yanaşma», «Müşahidə Şurası və İdarə Heyətinin rolları və öhdəlikləri: Beynəlxalq praktika və Azərbaycan təcrübəsi» mövzuları ətrafında təqdimatlar keçiriləcək və müzakirələr aparılacaq. Seminarda həmçinin mikromaliyyə təşkilatlarının korporativ idarəetməsinə dair Azərbaycan qanunvericiliyinin tələbləri müzakirə olunacaq. Seminarlarda 95-ə yaxın mikromaliyyə və bank təşkilatlarının nümayəndələrinin iştirakı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR