Bank Of Baku

Azərbaycanda SSRİ dövründən qalmış bank əmanətlərinin qaytarılması prosesi ləngiyə bilər

Azərbaycanda SSRİ dövründən qalmış bank əmanətlərinin qaytarılması prosesi ləngiyə bilər
# 10 mart 2009 13:00 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Dünya maliyyə böhranı ilə əlaqədar Azərbaycanda SSRİ dövründən qalmış bank əmanətlərinin qaytarılması prosesi ləngiyə bilər. Bu barədə «APA-Economics»ə hökumətdəki mənbələrdən məlumat verilib.
Məlumatda bildirilir ki, böhranın hələ bir neçə il davam edəcəyi proqnozları nəzərə alınaraq, hökumət böyük həcmdə vəsaiti əhaliyə qaytarmağı ən azı 2012-ci ilin əvvəlinədək təxirə salacaq.
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri, parlamentdə əmanətlərin qaytarılması üzrə yaradılmış araşdırma qrupunun rəhbəri Ziyad Səmədzadə isə «APA-Economics»ə açıqlamasında bildirib ki, «Əmanətlərin qaytarılması haqqında» qanun layihəsi üzərində işlər dayanıb: «Əmanətlərin qaytarılması mexanizmi hazırlanmalıdır. Bu sahədə hələ ki, heç bir yenilik yoxdur».
Qeyd edək ki, ilkin hesablamalara görə, SSRİ dövründə Azərbaycan əhalisinin banklarda qalmış əmanətlərinin ümumi məbləği 600 mln. manatdan artıqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR