Bank Of Baku

Maliyyə Nazirliyinin sığorta agentləri üçün keçirdiyi son imtahandan 42 nəfər uğurla keçib

Maliyyə Nazirliyinin sığorta agentləri üçün keçirdiyi son imtahandan 42 nəfər uğurla keçib
# 10 mart 2009 13:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən sığorta agenti fəaliyyətinə lisenziya almaq istəyən fiziki şəxslər üçün keçirilən test imtahanının nəticələri açıqlanıb.
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, imtahanda iştirak etmiş 72 nəfər qaydalara uyğun olaraq təqdim olunmuş 100 test sualının ən azı 70-nə düzgün cavab verib, 42 iştirakçı isə attestasiyadan müvəffəqiyyətlə keçib.
Qeyd edək ki, imtahan bu ilin mart ayının 5-6-da «Sığorta fəaliyyəti haqqında» qanunun müvafiq maddəsinə və Maliyyə Nazirliyinin «Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları»na uyğun olaraq keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR