Bank Of Baku

«NBCBank» bu il 1500 ədəd «Visa» plastik kartı emissiya edəcək

«NBCBank» bu il 1500 ədəd «Visa» plastik kartı emissiya edəcək
# 10 mart 2009 13:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «NBCBank» Səhmdar Kommersiya Bankı (SKB) bu il ərzində «Visa İnternational» beynəlxalq ödəniş sistemi üzrə 1500-dək plastik kart emissiya edəcək. Bu barədə «APA-Economics»ə bankın İdarə Heyətinin sədr müavini Yusif Abdullayev məlumat verib.
Y.Abdullayevin sözlərinə görə, artıq bütün texniki proseduralar, o cümlədən testləşdirmə işləri başa çatdırılıb: «Yalnız İT ilə bağlı bəzi məsələlər qalıb ki, bunlar da yaxın 10 gün ərzində həllini tapacaq».
Y.Abdullayev bildirib ki, «Azericard» Prosessinq Mərkəzi vasitəsi ilə emissiya ediləcək kartların 80%-i kredit, 20%-i isə debet funksiyalı olacaq.
Xatırladaq ki, «NBCBank» SKB «Visa» sistemi ilə yanaşı «MasterCard» ödəmə sisteminin (2006-ci ilin dekabr ayından) assosiativ üzvüdür. Bank indiyədək bu sistem üzrə 1500 plastik kart emissiya edib ki, bunun da 50%-i kredit kartları olub.
Xatırladaq ki, «NBCBank» 1992-ci ildə «RuziBank» Kommersiya Bankı kimi yaradılıb və 2002-ci ildə brendini dəyişib. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 39,832 mln. manat, kredit portfeli 34,158 mln. manat, depozit portfeli 5,351 mln. manat, məcmu kapitalı 14,652 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,589 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR