Bank Of Baku

Azərbaycanda bank akkreditivlərinin həcmi kəskin artıb

Azərbaycanda bank akkreditivlərinin həcmi kəskin artıb
# 10 mart 2009 13:12 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatları tərəfindən verilən akkreditivlərin həcmi 2009-cu ilin fevral ayının 1-nə 187,79 mln. manat təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 172,49 mln. manat və ya 12,3 dəfə artıb. Eyni zamanda, cari ilin əvvəlindən, yəni yanvar ayı ərzində istehlak kreditlərinin həcmi 144,16 mln. manat və ya 4,3% artıb.
Xatırladaq ki, akkreditiv əməliyyatı bank kreditləşməsinin bir növüdür və onun çərçivəsində bank müştərinin tapşırığı ilə müəyyən edilmiş məbləğdə üçüncü şəxsin xeyrinə hesablaşma aparır. Akkreditivi təsdiq edən sənəd həmin müştəri ilə üçüncü şəxs arasında olan sövdələşmədə əməliyyatqabağı ödəmə qarantiyası kimi çıxış edir. Akkreditiv əməliyyatları əsasən ticarət, o cümlədən xarici ticarətdə istifadə edilir və nağdsız hesablaşmaları inkişaf etdirən bir kreditləşmə əməliyyatıdır.
Akkreditivlərin artımı maliyyə bazarı üçün mühüm əhəmiyyətə malikdir, çünki ticarət subyektləri arasında daha müasir, dünyada geniş yayımlanmış bank hesablaşma və kreditləşmə sintezi olan əməliyyatların tətbiqinin artacağını təsdiqləyir.
Qeyd edək ki, akkreditiv əməliyyatlarının artımı ticarət və istehlak kreditlərinin azalması fonunda baş verib. Fevralın 1-nə akkreditiv əməliyyatları ölkə banklarının ümumi kredit portfelində artıq 2,61%-lik paya malik olub, halbuki bir il əvvəl bu göstərici 0,32%, cari ilin əvvəlində isə 0,61% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR