Bank Of Baku

AİB: Dünya iqtisadiyyatı ötən il maliyyə böhranından 50 trln. dollar zərər çəkib

AİB: Dünya iqtisadiyyatı ötən il maliyyə böhranından 50 trln. dollar zərər çəkib
# 10 mart 2009 14:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankının (AİB) açıqladığı «Qlobal maliyyə böhranı və yeni bazar iqtisadiyyatlı ölkələr: Böhranın sürətlə yayılması və vəsait itkisi» adlı hesabatını açıqlayıb. Sənədə əsasən, müşahidə olunan qlobal maliyyə böhranı dünya üzrə maliyyə aktivlərinin dəyərini 2008-ci il ərzində 50 trln. ABŞ dollarına yaxın azaldıb.
«APA-Economics»in məlumatına görə, hesabata əsasən, bu prosesdə böhran daha çox yeni və sürətli inkişaf mərhələsində olan Asiya regionuna təsir edib. İnkişafda olan Asiyada maliyyə aktivləri üzrə itkilər 2008-ci ildə 9,6 trln. dollara və ya bir illik ümumi daxili məhsulun (ÜDM) dəyərindən çox olub.
Bu qiymətləndirmədə AİB paylara yatırılan investisiyalarda və istiqraz bazarındakı itkiləri, o cümlədən ipoteka təminatlı və digər aktivlər üzrə müşahidə olunan itkiləri və əksər valyutaların ABŞ dollarına qarşı ucuzlaşmasından yaranan zərəri nəzərə alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR