Bank Of Baku

«Parabank» yeni depozit kampaniyasına başlayıb

«Parabank» yeni depozit kampaniyasına başlayıb
# 10 mart 2009 14:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» Səhmdar Kommersiya Bankı (SKB) «Uşaq Əmanəti» adlı yeni depozit kampaniyasına başlayıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumat görə, bu növ depozit üzrə əmanət 18 yaşı tamam olmayan uşaqların adına qəbul edilir. «Uşaq Əmanəti» üzrə hesablanan faizlər ildə bir dəfə kapitallaşır və növbəti dövr üçün faizlər kapitallaşmış məbləğə hesablanmağa başlayır.
Bankdan bildirilib ki, yerləşdirilən əmanət və ona hesablanmış faizlər uşağın 18 yaşı tamam olduqdan sonra onun özü tərəfindən və ya etibarnamə əsasında həvalə etdiyi digər şəxs tərəfindən götürülə bilər. Əmanətin minimum məbləği 1000 manat (dollar) həcmində müəyyənləşdirilib. Əmanət uşağın 7 yaşı tamam olmayanadək yerləşdirilərsə, faizlər manat üzrə illik 14%, dollar üzrə isə 13% olacaq. Əmanət uşağın 7 yaşı tamam olduqdan sonra yerləşdirilərsə, gəlirlik müvafiq olaraq 13,5% və 12,5% təşkil edəcək.
Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 65,552 mln. manat, depozit portfeli 35,905 mln. manat, kredit portfeli 42,317 mln. manat, məcmu kapitalı 12,353 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,070 mln. manata təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR