Bank Of Baku

AGBI indeksi 0,8889, ANBDI indeksi isə 1,0001 təşkil edib

AGBI indeksi 0,8889, ANBDI indeksi isə 1,0001 təşkil edib
# 11 mart 2009 07:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,1115 və ya 11,15% azalaraq 2009-cu ilin mart ayının 11-nə 0,8889 təşkil edib.
«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Milli Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ANBDI (Azerbaijan National Banks Debts Index) indeksi 0,0009 bənd və ya 0,09% azalaraq 1,0001 təşkil edib.
Martın 10-da 10501020S seriyalı olan istiqrazların 3 mln. manat, 10100622S seriyalı olan istiqrazların isə 18 mln. manat həcmində ödənişi aparılıb. Eyni zamanda, 10301722S seriyalı olan istiqrazların 3 778 400 manat həcmində yerləşdirməsi keçirilib ki, nəticədə DQİ-lər bazarının kapitallaşması 17 221 600 manat azalıb. Bu azalma AGBI indeksinin kəskin azalmasında əksini tapıb.
ANBDI indeksinin azalması gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR