Bank Of Baku

Azərbaycanda yeni kreditlərin həcmi son bir ildə 11% azalıb

Azərbaycanda yeni kreditlərin həcmi son bir ildə 11% azalıb
# 11 mart 2009 07:48 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank və qeyri-bank kredit təşkilatları tərəfindən 2009-cu ilin yanvar ayında verilən yeni kreditlərin həcmi 470,1 mln. manat təşkil edib. Bu barədə «APA-Economics»ə Azərbaycan Milli Bankından (AMB) məlumat verilib.

AMB-dən bildirilib ki, yanvar ayında kredit qoyuluşlarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 50,9% artsa da, yeni verilən kreditlərin həcmi son bir ildə 10,8% azalıb. Lakin il ərzində yeni verilən kreditlərin məbləği kredit borcları üzrə ödənişlərin məbləğini üstələyib. Nəticədə, kredit qoyuluşlarının qalığı fevral ayının əvvəlinə 7 201,3 mln. manata qədər yüksəlib. AMB-nin hesablamalarına görə, kredit qoyuluşlarının qeyri-neft sektorunun ÜDM-i üzrə xüsusi çəkisi 12,4%-ə çatıb.

Maraqlıdır ki, kredit qoyuluşlarının artmasının başlıca mənbəyi banklarda məhz əmanət və depozitlərin artımı olub. Xatırladaq ki, əmanət və depozitlərin məbləği 2009-cu ilin yanvar ayında ötən ilin müvafiq dövrü illə müqayisədə 31,6% artaraq 4 113,2 mln. manat təşkil edib.

Həmçinin qeyd olunmaldır ki, yanvar ayında cəmi kredit qoyuluşlarının 97,5%-i banklar tərəfindən verilən kreditlər, 2,5%-i isə qeyri-bank kredit təşkilatlarının kreditlərinin payına düşür. Qeyri-bank kredit təşkilatlarının kredit qoyuluşlarında «Aqrarkredit» qeyri-bank kredit qurumunun payı 9,2% təşkil edib (cəmi kredit qoyuluşunda payı – 0,2%), bank kredit qoyuluşlarında özəl bankların payı isə cari ilin yanvar ayında 54,2%-ə bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR