Bank Of Baku

Azərbaycanda bankların kredit və depozitləri arasında faiz fərqi artıb

Azərbaycanda bankların kredit və depozitləri arasında faiz fərqi artıb
# 11 mart 2009 08:18 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların milli valyutada verilən kreditlər üzrə orta faiz dərəcələri 2009-cu ilin yanvar ayında 1,26 faiz bəndi artaraq illik 18,75%-ə çatıb.

Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata görə, hüquqi şəxslərə manatla verilən kreditlər üzrə orta faiz dərəcəsi 0,65 faiz bəndi artaraq illik 16,44%, fiziki şəxslər üzrə isə 1,59 faiz bəndi artaraq 21,53% təşkil edib. Eyni zamanda, xarici valyutada verilən kreditlər üzrə bankların orta faiz dərəcələri 0,76 faiz bəndi artaraq 16,93%-ə bərabər olub. Hesabat dövründə hüquqi şəxslərə xarici valyutada verilən kreditlər üzrə orta faiz dərəcəsi ilin əvvəlindəki 13,78%-dən 15,53%-ə çatıb. Son bir il ərzində fiziki şəxslərə xarici valyutada verilən kreditlər üzrə faiz dərəcəsi isə illik 21,22%-dən 21,69%-ə qalxıb.

Qeyd edək ki, 2009-cu ildə kreditlər və depozitlər üzrə faiz dərəcələri arasında əhəmiyyətli dəyişiklik baş verməyib. Belə ki, manatla kreditlərlə depozitlər arasındakı fərq ötən ilin əvvəlində 6,10% təşkil edirdisə, bu ilin əvvəlində bu göstərici 7,18%-ə yüksəlib, xarici valyutada kreditlərlə depozitlər arasındakı fərq isə 4,02%-dən 8,73%-ə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR