Bank Of Baku

Bakıda «Mikromaliyyə təşkilatlarında korporativ idarəetmə: Azərbaycan və beynəlxalq təcrübə» mövzusunda seminar keçirilir

Bakıda «Mikromaliyyə təşkilatlarında korporativ idarəetmə: Azərbaycan və beynəlxalq təcrübə» mövzusunda seminar keçirilir
# 11 mart 2009 08:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda Dünya Bankı qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMA) təşkilatçılığı ilə «Azərbaycanda Korporativ İdarəetmə Layihəsi» çərçivəsində «Mikromaliyyə təşkilatlarında korporativ idarəetmə: Azərbaycan və beynəlxalq təcrübə» mövzusunda seminar şə başlayıb.
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən layihənin meneceri xanım Karolina Brayt bildirib ki, keyfiyyətli korporativ idarəetmə bütün təşkilatlar üçün vacibdir. Belə ki, qabaqcıl korporativ idarəetmə yerli və xarici investorlardan vəsaitlərin cəlb edilməsində mühüm rol oynayır: «Beynəlxalq standartlara uyğun olan korporativ idarəetmə sistemi risklərin idarə edilməsi, şirkətin strategiyasının əsas amillərini təmin edir».
Seminarda çıxış edən layihəni maliyyələşdirən İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) regional direktorunun müavini Filip Keler qeyd edib ki, SECO 2005-ci ildən etibarən layihəyə dəstək verir: «Bizim əsas məqsədimiz şirkətləri beynəlxalq standartlara uyğunlaşdırmaqdır. Keyfiyyətli korporativ idarəetmə şirkət və təşkilatların borcvermə risklərinin azaldılmasına yardım edir». F.Kellerin sözlərinə görə, qlobal maliyyə böhranı dövründə investorlar əsasən şirkətlərin qabaqcıl korporativ idarəetməsinə diqqət yetirir.
Tədbirdə çıxış edən AMA-nın Müşahidə Şurasının sədri Vüsal Eynullayev bildirib ki, artıq Azərbaycanda bir neçə şirkətdə korporativ idarəetmənin beynəlxalq standartlara uyğun olub-olmamasına dair araşdırmalar aparılıb və standartlara uyğun olmayan şirkət və təşkilatlarda standartların tətbiq edilməsinə dair işlərə başlanılıb: «Qlobal maliyyə böhranı şirkətlərin vəsait cəlb etməsini çətinləşdirib və investorlar əsasən şirkətlərin gəlirliyinə baxır ki, qabaqcıl korporativ idarəetmə olmasa, gəlirlik də yüksək ola bilməz».
Qeyd edək ki, martın 12-də Azərbaycanda fəaliyyət göstərən banklar üçün «Banklarda korporativ idarəetmə: Azərbaycan və beynəlxalq təcrübə» mövzusunda analoji seminar keçiriləcək. Seminar zamanı «Korporativ idarəetmə anlayışı və qabaqcıl korporativ idarəetmə prinsiplərinin həyata keçirilməsinin üstünlükləri və məsrəfləri», «Səhmdarların hüquqları», «Səhmdarlara və maraqlı tərəflərə eyni yanaşma», «Müşahidə Şurası və İdarə Heyətinin rolu və öhdəlikləri: Beynəlxalq praktika və Azərbaycan təcrübəsi» mövzuları təqdim və müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR