Bank Of Baku

«AccessBank» yeni regional filial açmağa hazırlaşır

«AccessBank» yeni regional filial açmağa hazırlaşır
# 11 mart 2009 09:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AccessBank» Səhmdar Kommersiya Bankı (SKB) yaxın vaxtlarda yeni regional filialını istifadəyə verəcək.
«AccessBank»ın pərakəndə bankçılıq və əməliyyat rəhbəri Anar Həsənovun «APA-Economics»ə verdiyi məlumata görə, Azərbaycanın Salyan rayonunda açılacaq filialı bankın sayca 22-ci filialı olacaq. «Yeni filialın açılması ilə bağlı təsis sənədləri artıq Azərbaycan Milli Bankına təqdim olunub. Ümumiyyətlə, cari il üçün strateji plana uyğun olaraq, regionda daha üç filialın açılacağı gözlənilir. Filialların yerinin müəyyənləşdirilməsi üçün artıq bankın İdarə Heyəti tərəfindən araşdırmalara başlanılıb», - deyə A. Həsənov bildirib.
Xatırladaq ki, «AccsesBank» 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir.
Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 198,863 mln. manat, kredit portfeli 165,941 mln. manat, depozit portfeli 17,279 mln. manat, məcmu kapitalı 42,863 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib.
Bankın respublika üzrə 19 filialı, 19 bankomatı və 40 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR