Bank Of Baku

Azərbaycanda bank kreditlərinin ¾-i qısamüddətlidir

Azərbaycanda bank kreditlərinin ¾-i qısamüddətlidir
# 11 mart 2009 09:32 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanda bəzi bank təşkilatlarının izafi likvidlik rejimində fəaliyyət göstərməsi nəticəsində onların müştərilərə ayırdığı kreditlərin ¾ hissəsi qısamüddətlidir. Bu barədə «APA-Economics»ə Azərbaycan Milli Bankından (AMB) məlumat verilib.

AMB-nin hesablamalarına əsasən, car ilin yanvar ayında 470,1 mln. manat həcmində ayrılan kreditlərin təxminən 61%-i 6-12 ay müddətinə verilən vəsaitlərin payına düşür. Ötən ilin müvafiq ayı ilə müqayisədə yeni verilən kreditlərin strukturunda qısamüddətli borcalmaların payı 31 faiz bəndi, onların həcmi isə 52,2% artıb. Eyni zamanda, 2009-cu yanvar ayı üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə qısamüddətli kredit qoyuluşları 39,3% artdığı halda, uzunmüddətli kredit qoyuluşları 57,1% artıb. Nəticədə, son bir il ərzində məcmu kredit qoyuluşlarında uzunmüddətli kreditlərin xüsusi çəkisi 3,4 faiz bəndi artıb və fevralın əvvəlinə 49,9% təşkil edib.

AMB tərəfindən təhlil olunan dövr ərzində qısamüddətli kredit qoyuluşlarının 95%-ni banklar tərəfindən verilən kreditlər, 5%-ni isə qeyri-bank kredit təşkilatlarının kreditləri təşkil edib. O cümlədən, bank sisteminin qısamüddətli kredit qoyuluşlarında Azərbaycan Beynəlxalq Bankının payı 32,5%-ə, digər bankların payı isə 68,5%-ə bərabər olub. Uzunmüddətli kredit qoyuluşlarının 98,6%-ni bank kreditləri, 1,4%-ni isə qeyri-bank kredit təşkilatlarının kreditləri təşkil edib. Uzunmüddətli bank kreditlərinin strukturunda Beynəlxalq Bankın payı 49,7%, digər bankların payı isə 50,3% olub.

Qeyd edək ki, son dövrlərdə uzunmüddətli kredit qoyuluşlarının yüksək templə artması ölkədə kreditorlarla debitorlar arasında qarşılıqlı etimadın yüksəldiyini göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR