Bank Of Baku

«AGBank»ın broker lisenziyasının müddəti bitib

«AGBank»ın broker lisenziyasının müddəti bitib
# 11 mart 2009 09:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda daha bir bankın broker fəaliyyəti ilə məşğul olması üçün lisenziyasının müddəti bitib.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, QKDK tərəfindən «AGBank» Səhmdar İnvestisiya Bankına broker fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş xüsusi razılığın (lisenziyanın) müddəti bitib.
Xatırladaq ki, «AGBank» 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 211,216 mln. manat, depozit portfeli 130,437 mln. manat, kredit portfeli 154,580 mln. manat, məcmu kapitalı 29,962 mln. manat, o cümlədən, nizamnamə kapitalı 15 mln. manat təşkil edib.
Hazırda Bankın respublika üzrə 16 filialı, 53 bankomatı və 376 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR