Bank Of Baku

«United Credit Bank»da fiziki şəxslərin müddətsiz depozitləri son bir ildə 2 dəfə artıb

«United Credit Bank»da fiziki şəxslərin müddətsiz depozitləri son bir ildə 2 dəfə artıb
# 11 mart 2009 09:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «United Credit Bank» Açıq Səhmdar Cəmiyyətinin (ASC) aktivlərinin həcmi 2009-cu ilin mart ayının 1-nə 32,911 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 6,5% çoxdur.
Bankın İdarə Heyətinin sədr müavini Vahid Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə bankın kredit portfeli 8,8% artaraq 23,164 mln. manata, depozit portfeli isə 3,8% genişlənərək 8,730 mln. manata çatıb. Bankın kredit portfelinin strukturunda istehlak kreditlərinin həcmi 7% artaraq 9,343 mln. manat təşkil edib. Bankın depozit portfelində fiziki şəxslərin müddətsiz depozitləri təxminən 2 dəfə artaraq 2,393 mln. manata çatıb.
Martın 1-nə bankın məcmu kapitalı 13,372 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,108 mln. manat təşkil edib.
Qeyd edək ki, son bir il ərzində bankın ümumi gəlirləri 15,6% artaraq 904 min manat, o cümlədən faiz gəlirləri 14,4% artaraq 811 min manat, qeyri-faiz gəlirləri isə 27,4% artaraq 93 min manat olub.
Bu müddət ərzində bankın ümumi xərcləri 81% artaraq 1,057 mln. manat, o cümlədən faiz xərcləri 298 min manat, qeyri-faiz xərcləri isə 759 min manat təşkil edib.
Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendini dəyişib. Hazırda bankın respublika üzrə 5 filialı və 5 bankomatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR