Müqayisə üçün bildirək ki, əhali tərəfindən banklardan nağd dolların alışı satışı üstələməsi ötən il 3,4 dəfə, 2007-ci ildə 2,4 dəfə təşkil edib:
*Əməliyyatların istiqaməti bank mövqeyindən göstərilib
Azərbaycanın nağd dollar bazarında bu cür nisbətlər əhalinin daxili valyuta bazarında iştirakını birmənalı əks etdirərək, müəyyən amilləri aşkarlayır. Belə ki, əhali tərəfindən nağd dolların alışı bir neçə məqsədlə aparılır. Bunların arasında əsasən pərakəndə xarici ticarət, xarici ölkələrdə şəxsi və işgüzar xərclərin təmin edilməsi, ölkə daxilində bir sıra malların dollarla ödənilməsi və, nəhayət, yığım məqsədlərini göstərmək olar. Bu baxımdan nağd dollar alışının artıması ABŞ valyutasına olan tələbatın yüksək olmasını və onun daim artdığını göstərir.