Bank Of Baku

«Bank Respublika» kommunal ödənişlərin qəbuluna başlayıb

«Bank Respublika» kommunal ödənişlərin qəbuluna başlayıb
# 11 mart 2009 12:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Respublika» Səhmdar kommersiya Bankı (SKB) kommunal ödənişlərin qəbulu üzrə xidmətlərə başlayıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, artıq əhali elektrik enerjisi, qaz və sudan istifadə haqlarını banklın bütün Bakı filial və şöbələrində həyata keçirə bilər.
Bankdan bildirilib ki, kommunal xidmətlərin ödənişi hesab təqdim edən təşkilatın abunə kodu və yaxud kommunal ödəniş qəbulu sistemində qeydə alınacaq abunəçinin vahid kodu üzrə aparıla bilər. Ödəniş aparılan zaman əməliyyat üzrə müştəridən komissiya haqqı tutulmur.
Xatırladaq ki, «Bank Respublika» SKB 1992-ci ildən fəaliyyət göstərir. Almaniyanın DEG İnvestisiya Korporasiyası və «Sparkassen International Development Trust» şirkəti 2005-ci ilin aprel ayından bankın nizamnamə kapitalınad «25%+1 səhm» paketinə sahibdir.
Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 387,875 mln. manat, kredit portfeli 260,367 mln. manat, depozit portfeli 135,816 mln. manat, məcmu kapitalı 43,299 mln. manat, o cümlədən nizamnamə kapitalı 22,580 mln. manat təşkil edib. Bankın respublika üzrə 21 filialı, 40 bankomatı və 290 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR