Bank Of Baku

«Əmrah Sığorta» şirkəti daxilolmalarını 84% artırıb

«Əmrah Sığorta» şirkəti daxilolmalarını 84% artırıb
# 11 mart 2009 13:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Əmrah Sığorta» şirkətinin 2008-ci ildə sığorta daxilolmalarının həcmi 556,123 min manat təşkil edib ki, bu da 2007-ci ilin yekunları müqayisədə 84,3% çoxdur.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində şirkətin sığorta riskləri üzrə ödənişləri 81% artaraq 119,979 min manata çatıb.
Şirkətin sığorta daxilolmalarının strukturunda daha çox vəsait «Avtonəqliyyat vasitələrinin sığortası» (312,314 min manat) və «Əmlakın yanğından və digər risklərdən sığortası» (131,793 min manat) növləri üzrə toplanılıb.
Ödənişlərə gəldikdə isə ən çox vəsait «Əmlakın yanğından və digər risklərdən sığortası» (78,820 min manat) və «Avtonəqliyyat vasitələrinin sığortası» (41,159 min manat) növləri üzrə ödənilib.
Qeyd edək ki, şirkət ötən il ərzində 198,554 min manat həcmində mənfəət əldə edib.
Xatırladaq ki, təsisçisi 2 fiziki şəxs olan «Əmrah Sığorta» şirkəti Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edib. Şirkət hazırda 3 icbari və 14 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR