Bank Of Baku

AGBI indeksi 1,0003, ANBDI indeksi isə 1,1283 təşkil edib

AGBI indeksi 1,0003, ANBDI indeksi isə 1,1283 təşkil edib
# 12 mart 2009 09:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,1114 və ya 12,53% artaraq 2009-cu ilin mart ayının 12-nə 1,0003 təşkil edib.
«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Milli Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ANBDI (Azerbaijan National Banks Debts Index) indeksi 0,1282 bənd və ya 12,82% artaraq 1,1283 təşkil edib.
Martın 11-də 2 003 600 manat həcmində 50100621S seriyalı notların ödənişi aparılıb. Eyni zamanda, 5 mln. manat həcmində 50101021S seriyalı notların yerləşdirməsi keçirilib və nəticədə, notlar bazarında real yerləşdirilmiş həcm 2 996 400 manat artıb. Bu artım ANBDI indeksinin kəskin artmasında əksini tapıb.
AGBI indeksinin artması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR