Bank Of Baku

Bakıda «Banklarda korporativ idarəetmə məsələləri: Azərbaycan və beynəlxalq təcrübə» mövzusunda seminar keçirilir

Bakıda «Banklarda korporativ idarəetmə məsələləri: Azərbaycan və beynəlxalq təcrübə» mövzusunda seminar keçirilir
# 12 mart 2009 09:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda Dünya Bankı qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) təşkilatçılığı ilə «Azərbaycanda Korporativ İdarəetmə Layihəsi» çərçivəsində «Banklarda korporativ idarəetmə məsələləri: Azərbaycan və beynəlxalq təcrübə» mövzusunda seminar işə başlayıb.
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən layihənin meneceri xanım Karolina Brayt bildirib ki, keyfiyyətli korporativ idarəetmə bütün banklar üçün vacibdir: «Qabaqcıl korporativ idarəetmə sistemi bankların əməliyyat effektivliyini, risklərin idarə olunması, strategiyanın düzgün formalaşmasını təmin edir».
K.Braytın sözlərinə görə, bütün investorlar bankların keyfiyyətli korporativ idarəetmə sisteminin olmasında maraqlıdır, əsasən də hazırda dünyada müşahidə olunan maliyyə böhranı dövründə.
Bundan başqa, seminarda «Korporativ idarəetmə anlayışı və qabaqcıl korporativ idarəetmə prinsiplərinin həyata keçirilməsinin üstünlükləri və məsrəfləri», «Səhmdarların hüquqları», «Səhmdarlara və maraqlı tərəflərə eyni yanaşma», «Müşahidə Şurası və İdarə Heyətinin rolu və öhdəlikləri: Beynəlxalq praktika və Azərbaycan təcrübəsi» mövzuları təqdim və müzakirə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR