Bank Of Baku

Azərbaycan yanvarda xarici ticarət dövriyyəsini 7% artırıb

Azərbaycan yanvarda xarici ticarət dövriyyəsini 7% artırıb
# 12 mart 2009 09:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycan 92 ölkə ilə ticarət sahəsində qarşılıqlı əməkdaşlıq nəticəsində 1,2 mlrd. ABŞ dolları həcmində idxal-ixrac əməliyyatları aparıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, xarici ticarət dövriyyəsinin 681,5 mln. dollarını (56,8%-ni) ölkədən ixrac olunmuş mallar, 518,8 mln. dollarını (43,2%-ni) Azərbaycana idxal edilmiş məhsullar təşkil edib. Nəticədə, 162,7 mln. dollarlıq müsbət saldo yaranıb. Ötən ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 6,9%, o cümlədən ixrac 8,9%, idxal 4,5% artıb.
İxrac-idxal əməliyyatlarının 48,4%-i Avropa İttifaqı, 16,7%-i MDB ölkələri, 34,9%-i isə digər dövlətlərlə aparılıb. Ümumi dövriyyənin 63,7%-i Avropa, 24,4%-i Asiya, 11,7%-i Amerika, 0,1%-i Afrika qitəsi ölkələrinin, 0,1%-i isə Okeaniyanın payına düşüb.
Xarici ticarət əməliyyatlarının 4/5 hissəsindən çoxu (80,7%-i) İtaliya, ABŞ, Rusiya, Fransa, Almaniya, Türkiyə, Böyük Britaniya, İsrail, Ukrayna, Tayvan (Çin əyaləti), Gürcüstan və Çin ilə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR