Bank Of Baku

APA və BNE arasında əməkdaşlıq sazişi imzalanıb - FOTOSESSİYA

APA və BNE arasında əməkdaşlıq sazişi imzalanıb - <font color=red>FOTOSESSİYA</font>
# 12 mart 2009 09:59 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, sazişin imzalanmasında əsas məqsəd BNE-nin iqtisadiyyatın müxtəlif sahələri üzrə informasiya və analitik məhsullarının Azərbaycanda daha geniş tanıdılması və yayılmasıdır. Bununla yanaşı, Avropanın aparıcı biznes portalı olan BNE-nin onlayn rejimində fəaliyyət göstərən saytında APA-nın sosial və iqtisadi məlumatları və analitik məqalələrinin yerləşdirilməsinin təşkili planlaşdırılır.
Görüşdə iştirak edən BNE-nin baş redaktoru Ben Aris qurumun təsis etdiyi gündəlik, həftəlik və aylıq informasiya və analitik məhsulları haqqında ətraflı məlumat verib. B.Arisin sözlərinə görə, artıq bir neçə ildir BNE brendi ilə aylıq ixtisaslaşmış iqtisadi jurnal da çap olunur. «Bizim əsas tərəfdaşlarımız arasında Avropa, Amerika, Asiya ölkələrinin dövlət və özəl bank, sığorta və s. təşkilatları var. Bununla yanaşı, BNE-nin nüfuzlu beynəlxalq maliyyə təşkilatları ilə də sıx əməkdaşlıq əlaqələri mövcuddur. Belə ki, BNE Avropa Yenidənqurma və İnkişaf Bankının əsas tərəfdaşlarındandır. Həmçinin, bu yaxınlarda «Marriott» otellər şəbəkəsi ilə əməkdaşlıq sazişi imzalamışıq və jurnallar bu otellərdə də yayılacaq. Analoji sazişləri bir çox ölkənin aviaşirkətləri ilə də imzalamışıq», - deyə B.Aris vurğulayıb.
Görüşdə iştirak edən BNE-nin biznesin inkişaf etdirilməsi üzrə direktoru xanım Yelena Arbuzova isə təşkilatın əsas vəzifəsinin Avrasiya qitəsində maliyyə təşkilatları və investorlar arasında əlaqələndirici funksiyaların yerinə yetirilməsindən ibarət olduğunu vurğulayıb: «Biz sadəcə bir jurnal və ya xəbər portalı kimi deyil, investorlar arasında əlaqələrin qurulması sahəsində vasitəçi kimi çıxış edirik. Mövcud məlumat resurslarımız vasitəsilə iş adamları, maliyyə təşkilatları, şirkət və müəssisələr özləri haqqında, həmçinin reallaşdırmaq istədikləri və ya artıq həyata keçirilən layihələr barədə potensial investorları və tərəfdaşları məlumatlandıra bilər. Bu, Azərbaycandakı şirkət və təşkilatların beynəlxalq arenada tanınması üçün də yeni və geniş təbliğat imkanıdır».
Y.Arbuzovanın sözlərinə görə, APA İnformasiya Agentliyinin sosial və iqtisadi xəbərləri, xüsusən də «APA-Economics» brendi ilə dərc olunan materiallar Avropa və MDB ölkələrinin investorlarının məlumatlandırılması istiqamətində mühüm rol oynayacaq: «APA bizim Azərbaycanda ilk və yeganə tərəfdaşımızdır. Artıq BNE-nin portalında «APA-Economics»in məlumatlarının dərc olunmasına başlanılıb».
Görüşün sonunda APA ilə BNE arasında gələcək əməkdaşlıq perspektivləri, həmçinin birgə məhsulların işlənməsi ideyası ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR