Bank Of Baku

Azərbaycandakı kommersiya banklarının xarici aktivləri son bir ildə 2 dəfədən çox artıb

Azərbaycandakı kommersiya banklarının xarici aktivləri son bir ildə 2 dəfədən çox artıb
# 12 mart 2009 10:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu xarici aktivlərinin həcmi 2009-cu ilin fevralın 1-nə 1 263,7 mln. manat təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 2,1 dəfə artıb. Eyni zamanda, yanvar ayında kommersiya banklarının məcmu xarici aktivləri 84 mln. manat və ya 7,1% genişlənib.
Müqayisə üçün qeyd edək ki, 2008-ci il ərzində məcmu xarici aktivlərin orta aylıq artımı 56,3 mln. manat təşkil edib. Beləliklə, bu ilin yanvarında müşahidə edilən artım bu göstəricini 1,5 dəfə üstələyib.
Ümumilikdə, son illərdə kommersiya banklarının məcmu xarici aktivlərinin tədricən artması baş verib. Belə ki, 2006-cı ildə bu artım 14% təşkil etmişdirsə, 2007-ci ildə bu artım 66% olub, 2008-ci ildə isə həttə 2,3 dəfə artıb. Bu da birmənalı olaraq Azərbaycan bankları tərəfindən xaricə yönəldilən investisiyaların artdığını göstərir ki, bu da həm birbaşa, həm də portfel investisiyalarına aiddir. Eyni zamanda, bankların xaricdən cəlb etdiyi öhdəliklərin də artımı müşahidə olunur. Belə ki, kommersiya banklarının xarici kapital balansı 2006-cı ildən etibarən mənfi saldo ilə yekunlaşır və genişlənmə dinamikasını nümayiş etdirir:



* Həcmlər dövrün sonuna göstərilib

Göründüyü kimi, son dövrlərdə kommersiya banklarının xarici kapital balansının mənfi saldosu artaraq bu ilin fevralın 1-nə təxminən 771 mln. manata və ya xarici aktivlərin 61%-nə çatıb. Bu da ilk növbədə bankların xarici öhdəliklərinin kəskin artması ilə bağlıdır: 2007-ci ildə banklar bu sahədə öz fəallığını nəzərə çarpan dərəcədə artırıb. Ümumilikdə, cədvəldən göründüyü kimi, son 8 il ərzində kommersiya banklarının xarici aktivlərinin həcmi 3,6 dəfə, xarici öhdəlikləri isə 23,4 dəfə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR