Bank Of Baku

Azərbaycan valyutasının real effektiv məzənnəsi yanvarda 24,2% artıb

Azərbaycan valyutasının real effektiv məzənnəsi yanvarda 24,2% artıb
# 12 mart 2009 10:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda manatın nominal effektiv məzənnəsi 2009-cu ilin yanvar ayında 3,1% artıb. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, yanvarda qeyri-neft sektoru üzrə nominal effektiv məzənnə 23% yüksəlib.
Qeyd edək ki, ölkənin qeyri-neft sektoru üzrə rəqabət qabiliyyətini qiymətləndirmək üçün nominal və real məzənnə indekslərinin (neft sektoru çıxılmaqla) hesablanmasında ticarət dövriyyəsi, idxal və ixrac göstəriciləri istifadə edilir.
Ticarət tərəfdaşı olan ölkələrin valyutalarına nəzərən ikitərəfli real məzənnələrinin dəyişməsinin ticarət xüsusi çəkiləri nəzərə alınmaqla manatın real effektiv məzənnəsi isə (neft sektoru daxil olmaqla) yanvar ayında 24,2% bahalaşıb. Qeyri-neft sektoru üzrə real effektiv məzənnə cari ilin ilk ayında 17,6% möhkəmlənib.
Qeyd edək ki, real effektiv məzənnə ölkənin əsas xarici ticarət tərəfdaşlarının valyutalarının real mübadilə məzənnələrinin orta ölçülmüş göstəricisidir və onun hesablanmasında müvafiq ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı nəzərə alınır.
Real effektiv məzənnənin artımı ölkənin yerli mallarının rəqabətlilik qabiliyyətinin aşağı düşdüyünü göstərir. Eyni zamanda, real effektiv məzənnənin hesablanmasında ölkədə və xarici ticarətdə tərəfdaş ölkələrdəki illik inflyasiya nəzərə alınır, yəni real effektiv məzənnənin artımına həm də yüksək inflyasiya təsir edir. Hətta tək Azərbaycanda deyil, tərəfdaş ölkələrdə də olan inflyasiyanın səviyyəsi nəzərə alınmalıdır. Azərbaycanda olan inflyasiyanın tərəfdaş dövlətlərdəki inflyasiyadan artıq olması yerli iqtisadiyyatın rəqabətlilik qabiliyyətinin düşdüyünü əks etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR