Bank Of Baku

«Turan Bank» son bir ildə aktivlərini 35% artırıb

«Turan Bank» son bir ildə aktivlərini 35% artırıb
# 12 mart 2009 10:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turan Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin fevral ayının 1-nə 82,1 mln. manat təşkil edib. Bu, 2008-ci ilin fevralın əvvəlinə olan analoji göstərici ilə müqayisədə 35,4% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın kredit portfeli 35% artaraq 66,7 mln. manata, depozit portfeli isə 98,2% genişlənərək 28,8 mln. manata çatıb. Bankın depozit portfelinin tərkibində əhalinin əmanətləri 2 dəfə artaraq 24,6 mln. manat, o cümlədən müddətli əmanətlər 2,3 dəfə artaraq 20,5 mln. manat olub.
Bu müddət ərzində bankın məcmu kapitalı 37,2% artaraq 19,3 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 16 mln. manat təşkil edib.
Qeyd edək ki, cari ilin yanvar ayı ərzində bankın gəlirləri 1,4 mln. manat təşkil edib ki, bu da ötən ilin yanvarı ilə müqayisədə 67,2% çoxdur. Gəlirlərin strukturunda ən çox artım valyuta mübadiləsi əməliyyatlarından əldə olunan gəlirlər üzrə müşahidə olunub.
Xatırladaq ki, təsisçisi 17 hüquqi və 37 fiziki şəxs olan «Turan Bank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 11 filialı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR