Bank Of Baku

Azərbaycanda əhalinin nağd avro alışı satışın həcmini 14 dəfə üstələyir

Azərbaycanda əhalinin nağd avro alışı satışın həcmini 14 dəfə üstələyir
# 12 mart 2009 12:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanın nağd valyuta bazarında bankların alış əməliyyatlarının həcmi 6 642 700 avro, satış əməliyyatlarının həcmi isə 90 253 000 avro təşkil edib. Beləliklə, nağd avro üzrə əməliyyatların ümumi həcmi 96 895 700 avroya bərabər olub. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, ötən ilin yanvarı ilə müqayisədə nağd avro üzrə əməliyyatlar 71,5%, bankların alış əməliyyatları 2,4 dəfə, satış əməliyyatları isə 67,8% artıb.
Göründüyü kimi, yanvar ayında əhali tərəfindən banklardan alınan nağd avronun həcmi satışın həcmini 13,6 dəfə üstələyib. Qeyd edək ki, nağd avronun alış həcminin satışı üstələməsi Azərbaycanda artıq ənənəvi xarakter alıb, bu da əhali tərəfindən nağd avroya yüksək tələbatın olması ilə bağlıdır. Eyni zamanda, nağd dolların əhali tərəfindən alışının satışı təxminən 4 dəfə üstələməsini (yanvar ayında) nəzərə alaraq qeyd etmək olar ki, Azərbaycanda nağd xarici valyutaya tələbat böyükdür.
Hesabat ayında nağd avronun orta məzənnəsi 1,0594 AZN/1 EUR təşkil edib ki, bu da ötən ilin analoji yanvar göstəricisindən xeyli aşağıdır. Xatırladaq ki, ötən ilin yanvarında nağd avronun orta məzənnəsi 1,2428 AZN/1 EUR-a bərabər olub. Beləliklə, nağd avronun məzənnəsi son bir ildə 14,8% düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR