Bank Of Baku

«Azərbaycan Sənaye Bankı» yeni regional filial açır

«Azərbaycan Sənaye Bankı» yeni regional filial açır
# 12 mart 2009 13:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Bankı» Səhmdar Kommersiya Bankı (SKB) yaxın aylarda yeni regional filialını istifadəyə vermək niyyətindədir.
Bankın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, Sumqayıt şəhərində açılması nəzərdə tutulan yeni filial bankın sayca 8-ci filialı olacaq. Bankın strateji planına uyğun olaraq, bu il ərzində daha iki filialın açılması nəzərdə tutulub.
Qeyd edək ki, hazırda ASB-nin respublika üzrə 7 filialı fəaliyyət göstərir və bunun ikisi regionda (Gəncə və İmişli) yerləşir.
Xatırladaq ki, ASB 1996-cı ildə «CIBank» kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib.
Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 78,029 mln. manat, depozit portfeli 32,560 mln. manat, kredit portfeli 36,101 mln. manat, məcmu kapitalı 16,142 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,8 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR