Bank Of Baku

Azərbaycanın qiymətli kağızlar bazarında qanunsuz fəaliyyət göstərən şirkət aşkarlanıb

Azərbaycanın qiymətli kağızlar bazarında qanunsuz fəaliyyət göstərən şirkət aşkarlanıb
# 12 mart 2009 14:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) qiymətli kağızlar bazarında həyata keçirdiyi nəzarət tədbirləri zamanı «İnvest-AZ» MMC tərəfindən www.invest-az.com İnternet resursu vasitəsilə əhaliyə (investorlara) qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin əlamətlərini əks etdirən xidmətlərin təklif edilməsi aşkar edilib.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, «İnvest-AZ» tərəfindən təklif olunan müştəriyə məxsus pul vəsaitlərinin (aktivlərin) qiymətli kağızlar bazarında idarə edilməsi Azərbaycan qanunvericiliyinə əsasən, qiymətli kağızlar bazarında peşəkar fəaliyyət hesab olunur. Bu da yalnız müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən verilmiş xüsusi razılığa (lisenziyaya) malik olan hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilə bilər.
«İnvest-AZ» göstərilən fəaliyyətə dair QKDK tərəfindən lisenziyaya malik olmadığından, əhalinin pul vəsaitlərini hər hansı bir formada cəlb etməklə qiymətli kağızlar bazarında idarə edilməsi səlahiyyətinə malik deyil. Hazırda QKDK tərəfindən sözügedən şirkətin fəaliyyətinin qanunvericiliyə uyğunluğu baxımından araşdırılmasına başlanılıb.
«Bütün bunları nəzərə alaraq, QKDK vətəndaşları vəsaitlərinin (aktivlərin) idarə edilməsi üzrə işgüzar münasibətlərin qurulmasında diqqətli olmağa çağırır», - deyəKmitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR