Bank Of Baku

«AzSığorta» şirkəti Beynəlxalq Keyfiyyət İdarəetmə sistemi üzrə ISO sertifikatı alıb

«AzSığorta» şirkəti Beynəlxalq Keyfiyyət İdarəetmə sistemi üzrə ISO sertifikatı alıb
# 13 mart 2009 06:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AzSığorta» şirkəti «Moody İnternational» beynəlxalq sertifikatlaşdırma təşkilatı tərəfindən Beynəlxalq Keyfiyyət İdarəetmə sistemi üzrə ISO 9001:2000 sertifikatına layiq görülüb.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, ISO sertifikatının verilməsi şirkətdə keyfiyyət menecment sisteminin yüksək səviyyədə təşkil olunmasını göstərir.
Xatırladaq ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayında fəaliyyətə başlayıb. Ötən il ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 10,066 mln. manat, ödənişləri isə 2,328 mln. manat olub. Şirkətin ölkə üzrə məcmu sığorta daxilolmalarında xüsusi çəkisi 5,35%, ödənişlərdə isə 4,66% təşkil edib. Respublika üzrə 7 filialı və 40-dan çox nümayəndəliyi olan şirkət müştərilərə 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR