Bank Of Baku

Azərbaycan hökuməti ötən il 16 saziş üzrə 1,92 mlrd. dollar cəlb edib

Azərbaycan hökuməti ötən il 16 saziş üzrə 1,92 mlrd. dollar cəlb edib
# 13 mart 2009 07:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan müxtəlif layihələrin maliyyələşdirilməsi məqsədilə 2008-ci il ərzində 1,92 mlrd. ABŞ dolları məbləğində 14 kredit və 2 maliyyə əməkdaşlığı sazişi imzalanıb. «APA-Economics»in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2008-ci ilin yekunlarına dair hazırladığı hesabatında bildirilir.
Hesabata əsasən, ümumiyyətlə Azərbaycan tərəfindən 2009-cu ilin yanvar ayının 1-dək 6,57 mlrd. dollar məbləğində 126 kredit sazişi imzalanıb. Bundan 2,54 mlrd. dollar dəyərində 59 layihənin həyata keçirilməsi başa çatıb, digərləri isə hazırda icra olunur.
Bundan başqa, hesabatda 2003-2008-ci illərdə dövlət zəmanəti ilə alınan kreditlərin, eləcə də texniki yardım və qrantların ümumi məbləğinin dinamikası da göstərilib. Belə ki, əgər 2003-cü ildə cəmi 7 kredit sazişi imzalanıbsa və bu sazişlər əsasında ayrılan kreditlərin məbləği 128,5 mln. dollara bərabər idisə, 2004-cü ildə 7 saziş üzrə 123,7 mln. dollar, 2005-ci ildə 22 saziş üzrə 1 293,3 mln. dollar, 2006-cı ildə 14 saziş üzrə 617,8 mln. dollar, 2007-ci ildə 8 saziş üzrə 767,7 mln. dollar, 2008-ci ildə isə 16 saziş üzrə 1 923,95 mln. dollar alınıb.

2008-ci ildə müxtəlif beynəlxalq maliyyə-kredit təşkilatları tərəfindən ayrılan kreditlərin sayı və həcmi:

Təşkilatın adı 

Kreditin sayı 

2008-ci ildə ayrılan məbləğin həcmi (mln. ABŞ dolları) 

Dünya Bankı 

637,7 

Societe Generale,

Credit Suisse və Bayerische Landesbank konsorsiumu

 

 

423 

Asiya İnkişaf Bankı 

415 

BNP Paribas 

320 

ABN AMRO bankının Çikaqo filialı 

74,5 

Fransa hökuməti 

21 

IFAD 

17,25 

Almaniya hökuməti 

15,5 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR